Azad Mirzəcanzadə inkişaf proqramı çərçivəsində növbəti təqdimat Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialında baş tutdu. Tələbələrlə keçirilən görüşdə onlara proqram barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, bu proqram 18–35 yaş arası bütün Azərbaycan vətəndaşları üçün açıqdır və müxtəlif sahələr üzrə layihələr qəbul olunur. Layihənin rəhbəri Leyla Seyidzadə proqrama qoşulma qaydaları və mükafat haqqında geniş məlumat verdi. Çıxışda həmçinin ötən ilin qaliblərindən də bəhs olundu. Sonda tələbələrin sualları cavablandırıldı.
Proqrama qoşulacaq tələbələrimizə uğurlar arzu edirik