ADPU-nun Şamaxı filialında Sosial və xüsusi fənlər kafedrasının müəllimi Abdulrazaqova Nəzakətin təqdimatında “Ailə dəyərləri və gender bərabərliyi” mövzusunda seminar keçirildi. Qeyd olundu ki, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə dəyərləri hər bir azərbaycanlı üçün müqəddəsdir. Gənclər bu ənənəni davam etdirməlidir. Müasir dünyanın qlobal problemlərindən biri də sosial-mənəvi mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə, istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır.
Tədbirin sonunda tələbələr mövzu ərtafında öz fikirlərini bildilər və tədbir mövzu ətrafında diskusiya şəklində davam etdirildi.