ADPU-nun Şamaxı filialında “Açıq qapı” günü keçirildi. Görüşdə Anar Babaşov adına Şəhriyar qəsəbə tam orta məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edirdilər.

İlk olaraq şagirdlər filialın strukturları, auditoriyaları və maddi-texniki bazası, həmçinin  tədris prosesi ilə yaxından tanış oldular. Daha sonra görüş Heydər Əliyev lektoriyasında davam etdi. Filialın direktoru dosent Tünzalə Yusifova iştirakçıları salamlayıb və “Açıq qapı” günlərinin filialda ənənə halını aldığını qeyd etdi. O bildirdi ki, ADPU-nun Şamaxı filialı regionun yeganə ali təhsil müəssisəsi kimi mühim yer tutur. Məzunlarımız bir çox sahələrdə uğurlar qazanaraq filialı qürurla təmsil edirlər. Ulu Öndər Heydər Əliyevin regionlara qayğısının nəticəsidir ki, ADPU-nun Şamaxı filialı yarandığı gündən bu günə kimi kadr hazırlığı sahəsində özünəməxsus yer tutur. Onu da qeyd edib ki,  sevindirici haldır ki, filiala yüksək balla daxil olan tələbələrimizin sayı ildən-ilə artır.

Aardınca filialın fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.
Görüşdə həmçinin tələbələrin asudə vaxtlarını səmərəli dəyərləndirməsindən, tələbə-gənclər təşkilatlarının fəaliyyətindən filialda keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlərdə fəallığından bəhs olundu.

Paylaşın: