Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə maarifləndirici görüş keçirildi.

Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razimi bu əlamətdar gün münasibətilə bütün kitabsevərləri təbrik edib. Qeyd edib ki, bütün dünyada qeyd olunan bu gün filialımızda da böyük maraqla qarşılanır və qeyd olunur. Ölkə rəhbərliyi tərəfindən kitab irsinin və ənənələrinin qorunmasına böyük diqqət və qayğı göstərilir. Respublikamızda artıq bir ənənəyə çevrilən kitab sərgilərinin, kitab bayramlarının keçirilməsi, yazıçı və şairlərin, mədəniyyət xadimlərinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, elm, mədəniyyət və təhsil sahələrində bir çox beynəlxalq tədbirlərin gerçəkləşməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Ardınca tələbələrin mövzu ilə bağlı fikirləri dinlənildi və tədbir müzakirə formasında davam etdirildi.

Paylaşın: