Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş guşə hazırlanıb.
Şöbənin müdiri Vəsilə Razimi və əməkdaşı Aytac Abıyeva sərgi haqqında ətraflı məlumat verərək ilə tələbələri məlumatlandırdı. Qeyd olunub ki, 20 Yanvar hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı gənc bilməlidir və unutmamalıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Tələbə gənclərə tövsiyə olundu ki, tələbə-gənclər 20 Yanvar faciəsinin səbəb və nəticələrini, mahiyyətini dərindən öyrətməli və unutmamalıdır.
Sonda tələbələri maraqlandıran suallar cavabladırıldı, qarşılıqlı müzakirə aparıldı.