ADPU-nun Şamaxı Filialı Xocalı soyqırımına həsr olunmuş rayon tədbirində iştirak etdi.
Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar fevralın 25-də Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən onlayn konfransda ADPU-nun Şamaxı Filialının rəhbərliyi də iştirak etdi.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov soyqırımının tarixinə nəzər salmış, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır.
ADPu-nun Şamaxı Filialı adından çıxış edən filialın direktoru, dosent Tünzalə Yusifova və Sosial və pedaqoji elmlər kafedrasının müdiri, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov soyqırımın başvermə səbəblərindən danışmış, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç zaman unudulmayacağını bildirmişlər.