Güclü dövlət və ordu sayəsində xalq olaraq dünya hərb tarixində yeni səhifə açan zəfərimizə qovuşduq və tarixi Azərbaycan torpaqları düşmən tağdağından azad olundu. Lakin hələ də, xain və məkrli düşmən ilə mübarizəmiz informasiya cəbhəsində davam edir. Odur ki, bu gün hər birimiz təbliğat-təşviqat cəbhəsində də əlimizdən gələni etməyə çalışmalıyıq. Bu mənada müharibənin, itkinin, ağrının ən parlaq və təsirli boyalar ilə təsviri kimi kino, bədii film dili sözsüz ki, mühüm əhəmiyyət kəsb edir. Odur ki, hər zaman əsl vətəndaş mövqeyi sərgiləyən, dövlətinə, xalqına bağlı olan, Qarabağ mövzusuna həssaslıqla yanaşan ADPU-nun Şamaxı filialının kollektivi “Köhnə çamadanlar” adlı filmin nümayişinə təşəbbüs göstərdi.

Noyabrın 2-də keçirilən filmin nümayişindən öncə şəhidlik zirvəsinə ucalan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Filialın direktoru, dosent Tünzalə Yusifova qonaqları – filmin rejissorunu, aktyorları, I Qarabağ müharibəsi iştirakçısı olmuş xanımları və bütün izləyiciləri salamladı. Qarabağ həqiqətlərini əks etdirən filmin nümayiş olunduğu ilk ali təhsil müəssisəsi olmaqdan məmnunluq hissini ifadə etdi.
Müharibə və qadın mövzusunun ana xətt olaraq keçdiyi filmin rejissoru Saida Haqverdiyeva çıxışında bildirdi ki, “Köhnə çamadanlar” dövlətimizin qazandığı qələbəyə qadınlar tərəfindən töhfə vermək cəhdidir.
Məlumat üçün deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, “RS Production”un birgə layihəsi, “OYUN” iİnlüziv teatr MMC-ninistehsalı olan bədii film real hadisələr əsasında çəkilib. Tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin, ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. Bu film yalnız paytaxt Bakıda ölkə miqyasında üç dəfə geniş audtoriya qarşısına çıxıb.
İkinci Qarabağ müharibəsinin debüt filmini göz yaşları və həyacansız izləmək mümkün olmayıb. Sonsuz alqışlarla qarşılanan filmin təqdimat mərasimində iştirak edən müharibə şahidləri bildiriblər ki, Vətən müharibəsi 30 illik həsrətə son qoyub, şəhidlərin qisası döyüş meydanında alınıb.
Sonda imza mərasimi keçirilib.
Paylaşın: