
IQAinAR layihəsinin yekun konfransı ADPU-da baş tutub

4 dekabr Azərbaycan Dövlət Pedaqoji Universitetində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası və Rusiyada ali təhsil müəssisələrində tədris, öyrənmə və qiymətləndirmə sahəsində təhsilin daxili keyfiyyət təminatının gücləndirilməsi” (IQAinAR) layihəsinin yekun konfransı keçirilib.

Konfransda ADPU-nun rektoru prof. Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynova, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, Milli ERASMUS ofisinin direktoru Pərviz Bağırov, IQAinAR layihəsinin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universiteti (WUAS) və digər iştirakçıları – Niderlandın “415 International BV” təşkilatı, İspaniyanın Müqəddəs Entoni Katolik Universiteti (UCAM), Azərbaycan Respublikasının ali təhsil müəssisələri- Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dillər Universiteti, Dövlət İdarəçilik Akademiyası, Xəzər universiteti, Qarabağ Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universitetinin Keyfiyyət təminatı və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları iştirak edib.

Konfransı ADPU-nun rektoru, professor Cəfər Cəfərov açaraq layihənin əhəmiyyətini vurğulayıb. Tədbirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, Milli ERASMUS ofisinin direktoru Pərviz Bağırov və layihənin koordinatoru olan Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin (WUAS) nümayəndəsi Xin (Maggie) Feng çıxış edərək, layihənin nəticələri və əldə olunan uğurlar haqqında məlumat veriblər.
Post Views: 205