ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!!!
ADPU-NUN ŞAMAXI FİLİALININ YENİ İXTİSASLARI:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 2021-2022-ci tədris ilindən mövcud 5 ixtisasa (Azərbaycan dili və ədəbiyyat müəllimliyi, İbtidai sinif müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Məktəbəqədər təhsil) yeni iki ixtisas – Fizika müəllimliyi və Təhsildə sosial-psixoloji xidmət ixtisasları əlavə olundu. Beləliklə, regionun yeganə ali təhsil müəssisəsi olan ADPU-nun Şamaxı filialında növbəti tədris ili üçün qəbul planı aşağıdakı kimidir:
№ | İxtisaslar | Qəbul planı | Təhsil müddəti | Təhsil haqqı | |||
1 | Azərbaycan dili və ədəbiyyat müəllimliyi | 30 | 4 il (8 semestr) | 1800 AZN | |||
2 | Fizika müəllimliyi | 25 | 4 il (8 semestr) | 1800 AZN | |||
3 | İbtidai sinif müəllimliyi | 50 | 4 il (8 semestr) | 1800 AZN | |||
4 | Təhsildə sosial psixoloji xidmət | 25 | 4 il (8 semestr) | 1800 AZN | |||
5 | Məktəbəqədər təhsil | 25 | 4 il (8 semestr) | 1800 AZN | |||
6 | Tarix və coğrafiya müəllimliyi | 25 | 5 il (10 semestr) | 1800 AZN | |||
7 | Riyaziyyat və informatika müəllimliyi | 30 | 5 il (10 semestr) | 1800 AZN | |||
Cəmi: 210 yer | |||||||