ADPU-nun Şamaxı filialının İbtidai sinif müəllimliyi ixtisasının buraxılış ili tələbələri Pedaqoji İnternatura keçdikləri məktəbdə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində tədbir təşkil ediblər. Tədbirdə  2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən bəhs olundu, şagirdlərə ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması,  təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işləri aparıldı.

Paylaşın: