AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Quba Soyqırımı Memorial Kompleksi ilə birgə “20 Yanvar müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda Zoom platforması vasitəilə konfrans keçirilib. Konfransda ADPU-nun Şamaxı filialının Tədris və elmi işlər üzrə direktor müavini f.ü.f.d Mikayılov Şasəddin və Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı iştirak edərək çıxış etmişlər.