Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Şəlalə Seyidovanın “Fəal dərsin iş forma və üsulları” mövzusunda açıq dərsi keçirildi. Dərsdə filialın professor-müəllim heyəti də iştirak edirdi.

Fəal və interaktiv şəraitdə qurulan dərsdə ənənəvi dərslə müasir dərsin əsas fəqlərindən, yeni təlim üsullarından, iş forma və üsulların əlaqəli şəkildə tətbiqindən bəhs olundu. Bir çox üsulların praktiki şəkildə mənimsənildiyi dərsdə tələbələrin də təqdimat və çıxışları dinlənildi.

 

Paylaşın: