Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələrlə yanaşı qonaq qismində Şamaxı rayon Heydər Əliyev mərkəzinin direktoru Könül Eyvaova və şəhid valideynləri iştirak edirdi.

İlk olaraq Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi. Ardınca 27 Sentyabr Anım gününə həsr olunmuş videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə filialın direktoru dosent Tünzalə Yusifova açaraq qeyd etdi ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün düşünmədən canından keçən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan şəhidlərimiz bizim qürur mənbəyimizdir.

Daha sonra Sosial və pedaqoji elmlər kafedrasının dosenti  Cavadova Zərifə, Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin rayon şöbəsinin sədri, şəhid anası Güllü Babaşova Şəhidimiz Orxan Nəbiyevin atası Rza Nəbiyev mövzu ətafında çıxış etdilər.

Sonda tədbir bədii hissə ilə davam etdi. Tələbələrimizin ifasında şeir kompozisiyası səsləndirildi, “Xudayar təsnifi” və “Qarabağ şikəstəsi” tarda ifa olundu.

 

Paylaşın: