ADPU-nun Elmi-Tədqiqat Mərkəzi tərəfindən icra olunan “ADPU-nun Şamaxı filialında pedaqoji kadr hazırlığında müasir təlim texnologiyalarının tətbiqi” layihəsi çərçivəsində mərkəzin əməkdaşları filialda keçirilən dərslərdə iştirak edərək tədris prosesini yaxından izləyiblər.

09–10 aprel 2026-cı il tarixlərində ADPU-nun Elmi-Tədqiqat Mərkəzi (ETM) “ADPU-nun Şamaxı filialında pedaqoji kadr hazırlığında müasir təlim texnologiyalarının tətbiqi” layihəsini həyata keçirmişlər. Layihə çərçivəsində ETM-in Tətbiqi tədqiqatlar bölməsinin müdiri dosent Gülşən Novruzova, böyük elmi işçi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Mehdizadə və İbtidai təhsilin pedaqogikası kafedrasının müəllimi Günel Məmmədova filialda keçirilən dərs prosesində iştirak edərək tədrisin keyfiyyətini yerində müşahidə ediblər. Səfər çərçivəsində əməkdaşlar müxtəlif ixtisaslar üzrə keçirilən mühazirə və seminar dərslərini izləyib, müəllimlərin pedaqoji yanaşmaları, innovativ tədris metodlarından istifadə səviyyəsi və tələbələrin dərsə cəlb olunma fəallığını təhlil ediblər.