ADPU-nun Şamaxı filialı və Quba Soyqırımı Memorial Kompleksi arasında Anlaşma Memorandumu
5 may 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı və Quba Soyqırımı Memorial Kompleksi arasında Anlaşma Memorandumu imzalanmışdır. Rəsmi görüş zamanı hər iki müəssisə arasında bundan sonra daha sıx əməkdaşlığın qurulması, elm və mədəniyyət sahəsində layihələrin keçirilməsi, müxtəlif məzmunlu sərgilərin və ekskursiyaların təşkili, KİV, sosial şəbəkələrdə birgə təbliğat və təşviqat işlərinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir.


