Tələbə Gənclər Təşkilatının və İntelektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında “ON1000” proqramı çərçivəsində “18 Oktyabr Müstəqilliyin Bərpası Gününə” həsr olunmuş Nə ? Harada ? Nə zaman ? (NHN) formatında intelektual oyun keçirilib. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İki turdan ibarət olan yarışda iştirakçılar üçün maraqlı və gərgin anlar yaşanıb. İntelektual oyunun nəticəsi olaraq
I yerə “AXC (2)” komandası
II yerə “Atilla” komandası
III yerə “Qurd qapısı” komandası layiq görülüb.
Qalib tələbələrimizi təbrik edir, onlara uğurlarının davamlı olmasını arzu edirik!