Tədbirdə T.Əkbəri hazırda bütün bəşəriyyəti narahat edən problemlərdən biri olan Qazanılmış İmmun Çatışmazlığı Sindromu QİÇS-in törədicisi, yoluxma yolları, xəstəliyin gedişi və profilaktikası haqqında haqqında ətraflı məlumat vermişdir. Həmçinin, ölkəmizdə sağlam həyat tərzinin geniş təbliği, QİÇS-ə yoluxmuş şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası istiqamətində görülən işlərdən bəhs etmiş, QİÇS-lə mübarizəyə dair qəbul olunan qanun və proqramlar haqqında danışmışdır.
