Əziz tələbələr, dəyərli oxucular!
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Səyyar kitabxana” layihəsi çərçivəsində Səyyar kitabxana 6-7 oktyabr 2021-ci il tarixlərində ADPU-nun Şamaxı filialına səfər edəcək.
Layihənin həyata keçirilməsində məqsəd kitabları fərqli məkanda və fərqli formada gənclərə təqdim etməklə, onların kitab oxumağa olan marağını artırmaq, çətin əldə olunan qiymətli kitabları daha asan yolla, təmənnasız əldə edib yararlanma imkanı yaratmaq, gənclərin maariflənməsi işinə dəstək göstərməkdir. “Sayyar kitabxana” saat 09:00-dan – 17:30-dək fəaliyyət göstərir. Bu müddət ərzində hər bir şəxs, şəxsiyyət vəsiqəsini təqdim etməklə istədiyi kitabı, onun elektron versiyasını və yahud hər hansı bir səhifəsini sürətçıxartma avadanlığından istifadə edərək əldə edə bilər. Xüsusi yük maşında fəaliyyət göstərən kitabxanada 3000 kitab və 5000 min elektron nəşr var. Kitablar Azərbaycan, türk, rus, ingilis dillərindədir. Burada bədii ədəbiyyat, fəlsəfə, tarix, sosiologiya, elm və təhsil, mədəniyyət, idman, incəsənət, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar mövcuddur.